Главная > Cəmiyyət / Manset > Reabilitasiya Mərkəzinin direktoru və işçiləri barəsində ev dustaqlığı seçilib -YENİLƏNİB

Reabilitasiya Mərkəzinin direktoru və işçiləri barəsində ev dustaqlığı seçilib -YENİLƏNİB


5-09-2022, 21:36. Разместил: admin
Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı saxlanılan mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın vəsatətinə baxılıb.

APA xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən proseslərdə vəsatət təmin edilib və hər üç şəxs barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib və onlar vəzifədən kənarlaşdırılıblar.

Nizami rayon Məhkəməsin spiker hakimi Qumru Əliyeva faktı APA-ya təsdiqləyib.

18:58

Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı saxlanılan mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətləri məhkəməyə daxil olub.

APA xəbər verir ki, Nizami rayon Məhkəməsində daxil olan vəsatətlərdə hər üç şəxs barəsində 3 aylıq ev dustağı qətimkan tədbirinin seçilməsi və vəzifədən kənarlaşdırılması göstərilib.

İşlər hakim Nigar Qədirlinin icraatına verilib və yaxın saatlarda baxılacaq.

Nizami rayon Məhkəməsinin spiker hakimi Qumru Əliyeva faktı APA-ya təsdiqləyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.

Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb və mərkəzin direktoru Nuranə Hacızadə, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıb. Saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.

13:32

“Bakı şəhəri, Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən şəxslər Cinayət Məcəlləsinin 133-cü maddəsinə əsasən məsuliyyətə cəlb olunublar. Bu hal Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) və 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə, zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə cinayət sayılır”.

Bunu “Report”a açıqlamasında hüquqşünas Vamiq Şükürov deyib.

Onun sözlərinə görə, pedaqoq və psixoloqlar tərəfindən təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı, bundan başqa, işgəncə verməklə törədildiyi üçün onları iki ildən beş ilədək müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, sentyabrın 2-də Nizami rayonu ərazisində fəaliyyət göstərən, nitq qüsurlu uşaqlar üçün “Mehnur” loqopedik və psixoloji reabilitasiya mərkəzində azyaşlıların tərbiyəçilər tərəfindən döyülməsini əks etdirən görüntülər yayılıb. Mərkəzdə fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən sentyabrın 3-də saxlanılıblar.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam edir.
Вернуться назад