Главная > Cəmiyyət > Lənkəranda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub

Lənkəranda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub


4-09-2022, 21:07. Разместил: admin
Lənkəran şəhərinin Moloja kəndi yaxınlığında Meşə Təsərrüfatı Mərkəzində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, mərkəzə aid ərazidə 1 hektar sahədə kol-kos yanıb.

Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Вернуться назад