Главная > Cəmiyyət > “Azərbaycan-İtaliya əlaqələri tarixi köklərə, strateji tərəfdaşlığa və dostluğa söykənir” – RƏY + FOTO
“Azərbaycan-İtaliya əlaqələri tarixi köklərə, strateji tərəfdaşlığa və dostluğa söykənir” – RƏY + FOTO2-09-2022, 14:49. Разместил: admin |
“Azərbaycan-İtaliya əlaqələri tarixi köklərə, qarşılıqlı etimada əsaslanan münasibətlərə, ortaq maraqlara, strateji tərəfdaşlığa və dostluğa söykənir”. Bunu “Report”a Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, deputat Azər Kərimli deyib. O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin İtaliyaya işgüzar səfəri, bu səfər çərçivəsində Romada Azərbaycan səfirliyinin yeni binasının açılışı, İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimi, keçirilən ən yüksək səviyyəli görüşlər qarşılıqlı münasibətlərin bütün istiqamətlərdə müsbət dinamika ilə inkişaf etdiyini göstərir: “Məlum olduğu kimi, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. 2021-ci ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb. Bütün bunlar kifayət qədər yüksək göstərici olmaqla yanaşı, eyni zamanda qarşılıqlı münasibətlərin inkişaf perspektivlərini nümayiş etdirir. Torpaqlarımız işğal altında olan zaman İtaliya Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqe sərgiləyən, rəşadətli, müzəffər Ordumuzun qələbəsindən sonra ölkəmizi təbrik edən bir dövlətdir və Azərbaycanın strateji tərəfdaşı kimi azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq prosesində də fəal iştirak edir. Əminəm ki, Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri, dövlət başçısının qeyd etdiyi kimi, qarşılıqlı əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcına çevriləcək. İtaliyadakı səfirliyimizin Prezidentin iştirakı ilə açılışı baş tutan yeni binasında Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması, təhsil sahəsində qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı atılan addımlar da bu prosesin tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edir”. Вернуться назад |