Главная > Cəmiyyət / Manset > DTX-dən Gömrük Komitəsində əməliyyatla bağlı məlumatlara REAKSİYA - YENİLƏNİB

DTX-dən Gömrük Komitəsində əməliyyatla bağlı məlumatlara REAKSİYA - YENİLƏNİB


30-08-2022, 19:35. Разместил: admin
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Dövlət Gömrük Komitəsində (DGK) əməliyyat keçirməsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Qurumun İctimai Əlaqələr Mərkəzindən Oxu.Az-a bildirilib ki, qurum tərəfindən heç bir antikorrupsiya əməliyyatı keçirilməyib:

“Yayılan məlumatlar həqiqəti əks etdirmir”.

16:41

Dövlət Gömrük Komitəsində daha bir antikorrupsiya əməliyyatı keçirilib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, budəfəki əməliyyatı DTX ilə birlikdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi keçirib.

Bu saatlarda keçirilən əməliyyat Şimal Ərazi Baş Gömrük İdarəsindəki Azterminal Birliyinin SDK Gömrük Postunda keçirilib. Tutulanlar barədə hələlik məlumat yoxdur.
Вернуться назад