Главная > Cəmiyyət / Manset > “Ordu ilə bağlı mövzularda hər kəs həssas olmalıdır” – QARABAĞ QAZİSİ
“Ordu ilə bağlı mövzularda hər kəs həssas olmalıdır” – QARABAĞ QAZİSİ29-08-2022, 20:51. Разместил: azadses |
Təəssüflə qeyd etməliyik ki, son günlər yenə də bəzi sosial şəbəkə istifadəçiləri və bəzi media nümayəndələri tərəfindən həm Azərbaycan Ordusunun nüfuzuna xələl gətirən, həm də vətəndaşlar arasında süni ajiotaj yaradan, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar yayılmaqda davam edir. Bununla əlaqədar bir sıra sosial şəbəkə, o cümlədən feysbuk istifadəçilərinin Baş Prokurorluğa dəvət olunaraq onlara xəbərdarlıq edilib. Nəzərə almalıyıq ki, işğaldan azad edilmiş ərazilərimizdən erməni separatçıları hələ də tamamilə çıxarılmayıb. Eyni zamanda, Qarabağda Ordumuzun müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində dövlət tərəfindən tədbirlər görülür, yeni hərbi hissələr yaradılır, sərhədlərimizin qorunması ilə bağlı qaşıya çıxan problemlər aradan qaldırılır. Qarabağ Qazisi, Çeçenistanın ilk Fəxri Vətəndaşı Arif Məhərrəmov Prokurorluğun media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət etməsini qanunun aliliyinin müdafiəsi adlandırıb. Bildirib ki, qanun hər şeydən üstündür. Arif Məhərrəmov vurğulayıb ki, bütün hüquq müdafiəçiləri, eyni zamanda, QHT və siyasi partiya nümayəndələri və xalqımız ölkəmizin getdikcə artan reytinqinə xələl gətirən belə xoşagəlməz halların qarşısının alınmasında dövlətin və Prokurorluğun yanında olmalıdırlar. Qarabağ Qazisi Arif Məhərrəmov onu da vurğulayıb ki, Vətəni, torpağı, milləti sevən və 44 günlük müharibə zamanı şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına torpaqlarımızı işğaldan azad edərək bu ərazilərimizdə möhkəmləndiyimiz, eyni zamanda, hər tərəfdən Azərbaycana müəyyən təsirlərin olduğu bir dövrdə öz içimizdə olan bu cür “jurnalistlər” və sosial şəbəkə istifadəçiləri tərəfindən düşməni sevindirən addımların atılması çox güman ki, anti-Azərbaycan qüvvələrin sifarişidir və ya həmin “jurnalistlərin” bu məsələləri kifayət qədər anlamamasından irəli gəlir. Onun fikrincə, Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi qərar vaxtında atılmış addımdır. Çünki hazırda ölkəmizdə cəmiyyəti narahat edən məqamlardan biri də elə məhz reket jurnalistikadır. Onların hərəkətləri cinayət olsa da, indiyə qədər belə “jurnalistlərə” müəyyən güzəştlər olunub. Ancaq indi baş prokurorun dediyi kimi, onların bu hərəkətləri cinayətdir. Cinayət də cəzasız qala bilməz. Вернуться назад |