Главная > Cəmiyyət / Manset > Qarabağ erməniləri Ermənistana hansı yolla gedəcək?

Qarabağ erməniləri Ermənistana hansı yolla gedəcək?


26-08-2022, 13:23. Разместил: admin
Qarabağ ermənilərini Ermənistanla birləşdirəcək yeni dəhlizin marşrutu sentyabrın ilk həftəsində istifadəyə veriləcək.

Bu barədə özünü qondarma “Xankəndi rejiminin” “ərazi idarəetmə və infrastruktur naziri” adlandıran Hayk Xanumyan erməni mətbuatına bildirib.

Onun sözlərinə görə, hələlik Xankəndi-Laçın-Gorus yolu fəaliyyətdə olacaq: “Alternativ marşrut yeni cənub dəhlizi üzrə fəaliyyət göstərəcək. Yeni yolda hərəkət yalnız Rusiya sülhməramlılarının bütün nəzarət-buraxılış məntəqələri yerləşdirildikdən sonra başlayacaq”.

“Ehtimal olunur ki, yeni yolda hərəkət sentyabrın ilk həftəsində təşkil olunacaq. Yeni magistralın müvəqqəti hissəsi uzun illər işğaldan sonra nəhayət Azərbaycana qaytarılan Laçın, Zabux və Susdan yan keçərək Zabux-Tuğ yoluna birləşir”, - Xanumyan deyib.

Xatırladaq ki, 10 noyabr üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) bəyanatına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilərin bu əraziləri tərk etmələri üçün avqustun sonu-sentyabrın əvvəlinədək vaxt verilib.
Вернуться назад