Главная > Cəmiyyət / Manset > Vəzifə maaşlarına aylıq əlavələr şamil ediləcək müəllimlərin sayı açıqlanıb - CANLI YAYIM

Vəzifə maaşlarına aylıq əlavələr şamil ediləcək müəllimlərin sayı açıqlanıb - CANLI YAYIM


23-08-2022, 14:18. Разместил: admin
Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr şamil ediləcək şəxslərin sayı açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, imzalanan yeni qərar 865 direktora şamil edilir:

“Eyni zamanda, yeni qərar 2343 direktor müavininə şamil ediləcək”.

Nazir əlavə edib ki, eyni artımlar direktorların iş yükünə görə düzgün qiymətləndirilmələrinə səbəb olacaq.


Вернуться назад