Главная > Cəmiyyət / Manset > Çinin günəş enerjisinə investisiyası 304% artıb

Çinin günəş enerjisinə investisiyası 304% artıb


22-08-2022, 10:33. Разместил: admin
Çinin ən böyük elektrik enerjisi istehsal edən müəssisələri bu ilin ilk yeddi ayında günəş enerjisi layihələrinə investisiya qoyuluşunda kəskin artım nümayiş etdiriblər.

Yanvar-iyul ayları arasında investisiyalar illik müqayisədə 304% artaraq 77,3 milyard yuana (təxminən 11,4 milyard dollar) çatıb.

Bu barədə Çin Milli Enerji Administrasiyası məlumat verib.

Şirkətlər bu dövrdə enerji layihələrinə 260 milyard yuan sərmayə qoyublar ki, bu da illik müqayisədə 16,8% çoxdur.
Вернуться назад