Главная > Cəmiyyət / Manset > Gömrükdə daha bir general təqaüdə göndərilib? - AÇIQLAMA + YENİLƏNİB

Gömrükdə daha bir general təqaüdə göndərilib? - AÇIQLAMA + YENİLƏNİB


19-08-2022, 16:52. Разместил: admin
Dövlət Gömrük Komitəsi general-mayor Vahabov Mirqasım Fazil oğlunun işdən çıxarılması barədə xəbəri təsdiqləməyib.

Komitədən Modern.az-a bildirilib ki, yayılan xəbər həqiqətə uyğun deyil.

11:12

Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi işdən çıxarılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə, dünən Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, general-mayor Vahabov Mirqasım Fazil oğlu təqaüdə göndərilib.

Xatırladaq ki, general-mayor Mirqasım Vahabov sabiq Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik Aydın Əliyevin adamı kimi tanınıb. O, sabiq komitə sədri Səfər Mehdiyevin də inamını qazanmışdı.

Qeyd edək ki, general-mayor Vahabov Mirqasım Fazil oğlu 31 dekabr 1955-ci ildə anadan olub.
1972-ci ildə orta məktəbin 10-cu sinfini əla qiymətlərlə başa vurub. 1999-cu ilin 24 iyul tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2007-ci il tarixli müvafıq sərəncamı ilə gömrük xidməti general-mayoru xüsusi ali rütbə verilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən 2006-cı ildə “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı ilə, 2009-cu ildə gömrük orqanlarında uzun müddət və qüsursuz xidmətə görə “Gömrük orqanlarında xidmətə görə” III dərəcə döş nişanı, 12 avqust 2014-cü il tarixli əmrə əsasən “Gömrük orqanlarında xidmətə görə” II dərəcə döş nişanı, 24 yanvar 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

25 may 2012-ci il tarixində Komitə Sədrinin müvafıq əmri ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)” Azərbaycan Respublikasının yubiley medalı ilə, 27 may 2015-ci il tarixli əmrə əsasən “Gömrük xidməti əlaçısı” döş nişanı ilə təltif olunub. Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2016-cı il tarixli 1750 nömrəli Sərəncamına əsasən 3 –cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Вернуться назад