Главная > Cəmiyyət / Manset > Kəmaləddin Heydərovun işdən çıxardığı generala gömrükdə yüksək vəzifə verildi
Kəmaləddin Heydərovun işdən çıxardığı generala gömrükdə yüksək vəzifə verildi15-08-2022, 16:43. Разместил: admin |
Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinə yeni rəhbər təyin olunub. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə “Azərterminalkompleks” Birliyinin direktor vəzifəsinin müvəqqəti icrası general-mayor Kənan Aşurluya tapşırılıb. Qeyd edək ki, Kənan Aşurlu 2019-cu ilin sonunadək Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb. Xatırladaq ki, 51 yaşlı K.Aşurlu Naxçıvan Muxtar Respublikasının Şərur rayonundandır. Вернуться назад |