Главная > Cəmiyyət / Manset > Sərhəd və Qarabağ: Doqquz təxribat və Azərbaycanın hərbi əməliyyatlara vadar edilməsi – ŞƏRH

Sərhəd və Qarabağ: Doqquz təxribat və Azərbaycanın hərbi əməliyyatlara vadar edilməsi – ŞƏRH


13-08-2022, 22:23. Разместил: admin
Azərbaycan-Ermənistan münasibətlərinin mütləq sülhlə yekunlaşması istiqamətindəki yolda hələ çox təxribatlar baş verəcək.

Ermənistan tərəfi yenidən hərbi təxribata əl atıb, avqustun 12-də səkkiz silahlı provokasiyanın altına adını yazdırıb.

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur ki, bunlardan yeddisi sərhədin Basarkeçər, Çəmbərək, Tovuzqala və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər, Gədəbəy, Tovuz və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla baş verib.

Digər bir hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazisində olub: Qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

Ermənilərin provokasiyaları Azərbaycanın hərbi və strateji mövqelərdə apardığı möhkəmlənmə işlərinə qısqanc və hikkəli reaksiyadır.

Sərhəddəki atışma Azərbaycana geniş imkan yaradır ki, delimitasiya prosesi çərçivəsində təxribat axıdılan mövqeləri legitim hədəfə çevirsin.

Azərbaycan bunu hərbi potensialının bir qismi ilə gerçəkləşdirmək imkanına sahibdir. Vay o gündən ki, Ermənistan elə bir şərait yetişdirə ki, özünün strateji dərinliklərinə enmək üçün Azərbaycan Ordusu hərəkət keçə.

Ancaq deyəsən, proseslər bu istiqamətə doğru irəliləyir və Ermənistan Azərbaycana əsaslar verir ki, onun taktiki dərinliklərindən yön alıb strateji dərinliklərinə keçid edə.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki erməni təxribatı isə böyük ehtimal ki, Buzdux dağı istiqamətində olub.

Müdafiə Nazirliyinin məlumatındakı ifadələr bu fikrə gətirib çıxarır.

Ermənilər avqustun 13-də Şuşada da pilotsuz aparatla təxribata cəhd ediblər. Belə ki, qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrokopter Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib və xüsusi üsulla zərərsizləşdirilib.

Erməni silahlılar kvadrokopteri ona görə səmaya qaldırıblar ki, Azərbaycan Ordusunun mövqelərini vizual şəkildə müşahidə etmək qabiliyyətlərini itiriblər.

Sərhəddə boy ata biləcək hərbi tədbirlərin miqyasına dair yuxarıda qeyd etdik, Qarabağ İqtisadi Zonasında isə antiterror əməliyyatları yenidən gündəmə gəlir.

Səbəblər bir kənarda mövzu kimi ayrıca inkişaf etdirilə bilər, bu cür təxribatların gətirə biləcəyi nəticəyə köklənmək lazımdır.

Ermənilər Azərbaycanı “Qisas” əməliyyatından sonra yeni antiterror tədbirlərinə vadar edirlər və bu dəfə silahlı insident baş versə, Ordumuzun cavabı daha sarsıdıcı olacaq.

Müdafiə naziri Zakir Həsənovun Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki mövcud əməliyyat şəraiti ilə bağlı göstərişlər verməsi cavab komplekslərinin tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.
Вернуться назад