Главная > Cəmiyyət / Manset > Prezident: “Şərqi Zəngəzur və Qarabağda kənd təsərrüfatının inkişafı ən müasir əsaslar üzərində qurulmalıdır”
Prezident: “Şərqi Zəngəzur və Qarabağda kənd təsərrüfatının inkişafı ən müasir əsaslar üzərində qurulmalıdır”12-08-2022, 21:52. Разместил: admin |
“Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var. Biz vaxt itirmədən artıq ikinci ildir ki, çobanları qoyun sürüləri ilə artıq oraya göndərmişik və bunun nəticəsini görürük. Arıçıları göndərmişik. Artıq Kəlbəcər, Laçın rayonlarında yol boyunca yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik”. AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib. Dövlətimizin başçısı bildirib ki, Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, həmçinin üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etdirilməlidir. Dövlət öz tövsiyələrini verəcək, fermerlərə, oraya qayıdacaq vətəndaşlara həm dəstək göstərəcək, subsidiya verəcək, tövsiyə verəcək, onların yetişdirdikləri məhsulu bazarlara çıxarmaq üçün dəstək olacaq. “Yenə də deyirəm, bu bölgədə - Şərqi Zəngəzur və Qarabağ bölgəsində kənd təsərrüfatının inkişafı, ən müasir əsaslar üzərində qurulmalıdır. Çünki biz işlərə faktiki olaraq sıfırdan başlayırıq, ona görə səhvə yol verə bilmərik. Vaxtilə Azərbaycanda aparılmış kənd təsərrüfatı islahatı zamanı buraxılan səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır və əminəm ki, bunun nəticəsində ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb. Вернуться назад |