Главная > Cəmiyyət / Manset > Xəstəliklərin şiddəti artır: Əsas səbəb üzə çıxdı
Xəstəliklərin şiddəti artır: Əsas səbəb üzə çıxdı9-08-2022, 15:48. Разместил: admin |
Alimlər iqlim dəyişikliyinin yaratdığı sel, isti hava dalğaları və quraqlıq kimi 10 fərqli təbii fəlakətin məlum 375 yoluxucu xəstəliyə təsirini araşdırıblar. Araşdırmanın nəticələri “Nature Climate Change” jurnalında dərc olunub. Məlum olub ki, 375 yoluxucu xəstəlikdən 218-i iqlim dəyişikliyi ilə əlaqədar baş verən təbii hadisələr nəticəsində təsirini artırıb. Qeyd olunur ki, bəzi təbii fəlakətlər zamanı yarasa, siçan, ağcaqanad və ya maral kimi xəstəlik daşıyıcıları olan heyvanlar vasitəsilə infeksiyalar insanlara ötürülür. Bundan əlavə, araşdırmada iqlim dəyişikliyinə görə temperaturun artmasının dəniz məhsullarının strukturunu pozduğu, insan sağlamlığını təhlükəyə atdığı və yoluxucu xəstəliklərin şiddətini artırdığı iddia edilib. Viskonsin Universitetinin Qlobal Sağlamlıq İnstitutunun tədqiqat qrupundan doktor Conatan Patz qeyd edib ki, iqlim dəyişikliyi zamanı xəstəliklərin riskləri də dəyişəcək. İqlim dəyişikliyinin səbəb olduğu təbii fəlakətlərin insanlarda malyariya, hantavirus, vəba və qarayara kimi yoluxucu xəstəliklərin şiddətini artırdığı müəyyən edilib. Вернуться назад |