Главная > Cəmiyyət / Manset > "İngiltərədə səfirliyimizə qarşı törədilmiş vandallıq aktı ermənilərə dəstək xarakteri daşıyır"
"İngiltərədə səfirliyimizə qarşı törədilmiş vandallıq aktı ermənilərə dəstək xarakteri daşıyır"8-08-2022, 21:48. Разместил: azadses |
Bu baş verən vandallıq hadisəsi elə bilavasitə ermənilərin sifarişidir. Çünki‚ dünyadakı bütün şiə quruplaşmaları ermənilərlə çox yaxın dostluq münasibətindədir və bütün radikal şiə quruplaşmaları ermənilərlə eyni siyasətə xidmət edirlər. Bu fikirləri mətbuata açıqlamasında‚ Londondakı Azərbaycan səfirliyinə baş vermiş hücum və vandallıq aktına münasibət bildirərkən‚ siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov bildirib. M. Məmmədov əlavə edib ki‚ Londonda Azərbaycan Səfirliyinə olunan hücum çox qaranlıq məqamlardan xəbər verir. Ermənilərin Qarabağda təxribat və terror törətməsinin fonunda İngiltərədə radikal terrorist bir cərəyanın Azərbaycan Səfirliyinə hücum etməsi eyni siyasi məqsədi güdür. Böyük Britaniyadakı bu radikal Şiə qruplaşmasınən ermənilərlə birbaşa əlaqəsi vardır. Azərbaycan ordusunun "Qisas" əməliyyatı keçirtməsi xaricdəki ermənipərəst şiə cərəyanlarını da hərəkətə gətirib. Tehran rejimi ilə birgə Avropa və Qərbdəki radikal şiə quruplaşmalarının aktivləşməsi erməni lobbisinin sifarişidir. Qarabağda Azərbaycan ordusunun anti-terror əməliyyatı keçirtməsindən dərhal sonra məlumat yayıldı ki‚ İran Azərbaycanla sərhədə hərbi texnika və canlı qüvvə toplayır. Bunun fonunda özünü "Mehdinin xidmətçiləri Birliyi" adlandıran terrorist və təxribatçı radikal Şiə quruplaşması vandallıq edərək Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edərək Azərbaycan bayrağına qarşı vandalizm akti törətməsi ermənilərə və terrouna dəstək xarakterli törədilmiş əməldir. Londondakı səfirliyimizə hücum halı özlüyündə terror əməlidir. Hər hansı bir ölkənin səfirliyinə zor yolu ilə daxil olmaq birmənalı olaraq artıq terror aktıdır. Burada məqsəd Azərbaycanın gözünü qorxutmaqdır. Bu kimi halın bir daha İngiltərə və ya başqa ölkədə bir daha təkrarlanmayacağına və növbəti əməlin qanlı insidentsiz olmayacağına heçkim zəmanət verə bilməz. Aydındır ki‚ bu radikal ekstremist şiə quruplaşması dünyanın bir çox yerində hər hansı bir qanlı hadisəni törədə biləcək təşkilatlanmaya sahibdir. Özünü "Mehdinin xidmətçiləri birliyi" adlandıran bu ekstremist və terrorist cərəyanın törətdiyi bu vandalizm aktının məqsədi ermənistana dəstək xarakteri daşıyır. Bu ekstremistlər beynəlxalq hüquqla ağır cinayət törədiblər və ən ağır şəkildə cəzalanmlıdır. Özünü "Mehdinin xidmətçiləri birliyi" adlandıran bu ekstremist cərəyan terrorist quruplaşma elan edilməli və beynəlxalq hüquq qarşısında mühakimə edilməlidir. Bu hadisənin ən maraqlı və qaranlıq tərəfi ondan ibrətdir ki‚ İngiltərə xüsusi xidmət orqanları‚ hüquq mühafizə‚ kəşfiyyat və təhlükəsizlik orqanları bu kimi ekstremist‚ terrorist cərəyanın inkişaf etməsinə və İngiltərədə səfirliyə hücum edəcək qədər qüvvətlənib azğınlaşmasına necə yol verib?? Hər kəsə məlumdur ki‚ İngiltərə kəşfiyyatı və təhlükəsizlik orqanları dünyanın ən güclü xüsusi xidmət orqanlarındandır. Mümküm deyil ki‚ İngiltərə kəşfiyyatında bu hadisə barədə öncədən məlumat olmasın. Şübhəsiz ki İngiltərə kəşfiyyatı bu hadisənin baş verəcəyindən öncədən məlumatlı olub. Çünki dünyanın istənilən bir nöqtəsində baş verən və baş verəcək hadisədən İngiltərə kəşfiyyatı öncədən xəbər tutur. İndi Londonun mərkəzində hər hansı ekstremist cərəyanın toplaşaraq səfirliyə hücum edir‚ amma İngiltərə kəşfiyyatının‚ təhlükəsizlik orqanlarının bundan xəbəri olmur. Bu çox gülünc haldır. Əvvəla hər bir dövlət öz daxilindəki səfirlik binasını qorumağa borcludur. İngiltərə hüquq mühafizə orqanları Azərbaycan səfirliyinin inzibati binasını mühafizə etməli olduğu halda‚ belə görünür ki‚ Azərbaycan səfirliyinin binası mühafizəsiz olub. Niyə?? Hara baxırmış İngiltərə polisi və hüquq mühafizə orqanları?? İngiltərə hökuməti baş verən hadisəyə açıqlama verməlidir. İngiltərə polisi nədən boşluq yaradıb? Görünən odur ki‚ İngiltərə polisi ciddi səhlənkarlıq edib və vəzifəsini qətiyyən icra etməyib. Amma nədən?? Bu suala cavab olmalıdır. Bizim İngiltərə ilə yaxın dostluq münasibətimiz var. Baş verən təxribat və vandallıq hərəkətinə biganə yanaşmaq Azərbaycan və İngiltərə arasındakı yaxın dostluq münasibətlərinə zərbədir. Bu vandallıq aktının məhz İngiltərədə törədilməsini planlayanlar Azərbaycan və İngiltərə əlaqələrinə zərbə vurmağa və İngiltərə ilə Azərbaycanın münasibətilərini pozmağa çalışıb. Odur ki‚ ümid edək ki‚ İngiltərə hökuməti bu məsələyə ciddi yanaşacaq və İngiltərə dövləti hadisəni ciddi araşdırıb əsl səbəbkarları və cinayətkarları layiqincə cəzalandıracaq. Вернуться назад |