Главная > Cəmiyyət > 250 azərbaycanlı Gürcüstandan təxliyə olunub

250 azərbaycanlı Gürcüstandan təxliyə olunub


29-07-2020, 12:28. Разместил: azadses
Gürcüstandan 250-yə yaxın Azərbaycan vətəndaşı və soydaşlarımızın növbəti təxliyə prosesi yekunlaşdırılıb.
Azad Səs-in məlumatına görə, 250-yə yaxın şəxs 4 avtobusla Tbilisidən Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıb.
Onların Azərbaycan ərazisinə növbəli şəkildə daxil olması təmin edilib.
Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib ki, vətəndaş və soydaşların Vətənə çatdırılmasının təlimata uyğun davam etdirilməsi nəzərdə tutulub.  

Вернуться назад