Главная > Cəmiyyət / Manset > “Sərhəddə atəş açılması və erməni hərbçinin yaralanması xəbəri yalandır”
“Sərhəddə atəş açılması və erməni hərbçinin yaralanması xəbəri yalandır”7-08-2022, 17:19. Разместил: admin |
"Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır". "Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur", - məlumatda deyilir. Вернуться назад |