Главная > Cəmiyyət > ABŞ-da koronavirus peyvəndinin mümkün qiyməti açıqlandı

ABŞ-da koronavirus peyvəndinin mümkün qiyməti açıqlandı


29-07-2020, 11:20. Разместил: azadses
ABŞ-da “Moderna” şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndinin qiyməti bir kurs üçün təqribən 50-60 dollar ola bilər.
Azad Səs-in məlumatına görə, xəbəri “Financial Times” yayıb.
Qeyd olunur ki, belə qiymət peyvəndin ölkə daxilində satılması, habelə əhalinin yüksək gəliri olan ölkələrə ixracı üçün təyin edilə bilər.
Eyni zamanda, vaksinin hazırlanması ilə məşğul olan digər şirkətlər məhsullarının dəyərini daha ucuz qiymətləndiriblər.
Xüsusilə “Pfizer” və “BioNTtech” bir doza üçün 19,5 dollar, “AstraZeneca” 3-4 dollar arasında qiymət təqdim edib.
Nəşrin mənbələrindən biri qeyd edib ki, "Moderna" şirkətinin tələb etdiyi qiymət, digər istehsalçıların daha aşağı qiymət təklif etdiklərindən danışıqlarda ciddi çətinliklər yaradır. Nəşrə görə, bu baxımdan, $50-60-da nəzərdə tutulan qiymət, ehtimal ki, son qiymət olmayacaq.

Вернуться назад