Главная > Cəmiyyət / Manset > QHT-ləri təlimdən təkmilləşməyə aparan yol - FOTOLAR
QHT-ləri təlimdən təkmilləşməyə aparan yol - FOTOLAR3-08-2022, 16:11. Разместил: azadses |
Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm addım atılıb: Mingəçevir şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən ilk dəfə “QHT-lərin 1-ci İnkişaf və Mübadilə Proqramı” çərçivəsində təlimlər keçirilib. Proqramda iştirak etmək üçün qeydiyyatdan keçmiş 259 qeyri-hökumət təşkilatından 110 nəfərin müsabiqə yolu ilə qatıldıqları təlimlərin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən və vətəndaş cəmiyyətini təmsil edən QHT-lərin müxtəlif istiqamətli layihələrin tərtib və idarə edilməsi sahəsində bacarıqlarının daha da təkmilləşdirilməsinə töhfə verməkdir. Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyevin dediyi kimi, “qeyri-hökumət təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, davamlılığının təmin edilməsi, təşəbbüskarlıqlarının artırılması, xarici partnyorları ilə rəqabətə girməsi üçün mütəmadi əsasda bilik və bacarıqlarının artırılması istiqamətində əməli işlərə ciddi ehtiyac var”. Bu istiqamətdə nəzərdə tutulan tədbirlər, sözsüz ki, məqsədyönlü və sistemli şəkildə, müasir tələblərə və ehtiyaclara uyğun həyata keçirildiyi təqdirdə faydalı ola bilər. QHT-lərin təşkilati idarəçiliyində, layihələrin hazırlanması və icra edilməsində, layihə çərçivəsində tədbirlərin təşkili və həyata keçirilməsində müşahidə olunan qüsurlar, layihələrin tərtib edilməsinə qeyri-peşəkar və məsuliyyətsiz yanaşma bir çox hallarda təcrübəsizlikdən irəli gəlir. Bu cür halların qarşısının alınması, sayı ildən-ilə artan QHT-lərin səmərəli fəaliyyətinin təmin olunması isə müxtəlif yönümlü təlimlər keçirilmədən, təcrübə mübadiləsi aparılmadan qeyri-mümkündür. Bu baxımdan, ölkəmizdə ilk dəfə həyata keçirilən “QHT-lərin 1-ci İnkişaf və Mübadilə Proqramı” qeyri-hökumət təşkilatlarının rəhbərləri və təmsilçilərinin bilik və bacarıqlarının artırılmasında xüsusi əhəmiyyətə malikdir. Rəhbərlik etdiyim “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin də Agentliyin təşkil etdiyi bu təlimlərdən faydalanacağı şübhəsizdir. Layihələrin hazırlanması və icra edilməsi mərhələlərində düzgün qərar qəbul edilməsi üçün məlumatların toplanması və təhlili, layihələrin icra strategiyasının hazırlanması ilə bağlı bilik və bacarıqların formalaşması və təkmilləşdirilməsi gələcəkdə fəaliyyətimizin daha keyfiyyətli, məhsuldar və səmərəli olacağına əminlik yaradır. QHT rəhbərlərinin iştirakı ilə üç gün ərazidə Mingəçevirdə baş tutmuş təlimlər yüksək dövlət qurumu olan Prezident Administrasiyasının, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan ictimai təşkilatlara diqqət və qayğısının bariz nümunəsidir. Təlim günlərində daim yanımızda olan, dəyərli məsləhət və tövsiyələrini əsirgəməyən, təşkilatlararası işgüzar münasibətlərin möhkəmlənməsinə səy göstərən, məşğələlərin məzmunlu və asudə vaxtımızın səmərəli təşkili üçün hər bir şərait yaradan Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyevə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevaya, hər iki qurumun məsul əməkdaşlarına, bilik və bacarıqlarını bizimlə bölüşən təlimçilərə minnətdarlığımı bildirir, bu səpgidə tədbirlərin davamlı olacağına və gələcəkdə yeni təlimlərə qatılacağıma ümid bəsləyirəm. Ruhiyyə Məmmədova “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Вернуться назад |