Главная > Cəmiyyət / Manset > Azərbaycanın illik su təsərrüfatı balansı təsdiqləndi

Azərbaycanın illik su təsərrüfatı balansı təsdiqləndi


2-08-2022, 21:07. Разместил: admin
Ölkə üzrə 2021-ci il üçün illik su təsərrüfat balansı təsdiqlənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Ehtiyatlarının İdarə Edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov Oxu.Az-a bildirib ki, illik su təsərrüfatı balansı su obyektlərində su ehtiyatlarının mövcudluğunun və onlardan istifadə dərəcəsinin qiymətləndirilməsi məqsədi daşıyır:

“Respublika üzrə illik su təsərrüfatı balansı son üç ilin faktiki məlumatları, cari ilin gözlənilən, növbəti ilin isə rüblük və illik proqnoz göstəriciləri əsasında tərtib edilir”.

M.Əbdülhəsənovun sözlərinə görə, torpaqlarımızın işğaldan azad olunması nəticəsində artıq iki ildir ki, ölkə üzrə illik su təsərrüfatı balansında Qarabağın və Şərqi Zəngəzurun su ehtiyatları haqqında məlumatlar da öz əksini tapıb.

Nazirlik rəsmisi onu da bildirib ki, respublika üzrə illik su təsərrüfatı balansı su təsərrüfatı sahəsində müasir informasiya sisteminin yaradılmasına mühüm dəstəkdir.
Вернуться назад