Главная > Cəmiyyət / Manset > Ekoloji borc günü gəlib çatdı
Ekoloji borc günü gəlib çatdı29-07-2022, 09:48. Разместил: admin |
Yer kürəsində ekoloji borc günü gəlib çatıb. Artıq iyulun 28-dək insanlar Yer kürəsinin bir il ərzində yenidən yarada biləcəyi bütün resursları istehlak ediblər. Bundan sonra bəşəriyyət bu nemətləri bir növ borc alacaq. Qeyd edək ki, ekoloji borc günü nə qədər tez gəlib çatsa, borcun həcmi də da bir o qədər artır. Ötən il borc günü iyulun 29-na təsadüf edib. 2020-ci ildə isə qapanma səbəbindən üç həftə əvvəl olub. Müxtəlif ölkələrin borc yükü qeyri-bərabər paylanır. Ən çox istehlak amerikalıların payına düşür. Onu da bildirək ki, Yer kürəsinin resurslarının 55%-dən çoxu bəşəriyyətin qidalanması üçün sərf olunur. Вернуться назад |