Главная > Cəmiyyət > DYP-dən sürücünün yanlış protokol etirazına CAVAB - YENİLƏNİB + FOTO

DYP-dən sürücünün yanlış protokol etirazına CAVAB - YENİLƏNİB + FOTO


28-07-2022, 17:27. Разместил: admin
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücünün DYP əməkdaşı tərəfindən tərtib edilən protokola etirazına münasibət bildirib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib ki, sürücüyə tərtib edilən protokolda heç bir yanlışlıq yoxdur.

O bildirib ki, sürücü idarə etdiyi nəqliyyat vasitəsində dövlət nömrə nişanı standartlara uyğun olmayıb:

“Sözügedən sürücünün şikayəti araşdırılıb. Məlum olub ki, DYP əməkdaşının tərtib etdiyi protokol doğrudur. Sürücü dövlət nömrə nişanının arasındakı xətləri pozmaqla, standartlardan kənara çıxıb. Nəqliyyat vasitəsini bu formada idarə etdiyinə görə ona 4 bal, 60 manat məbləğində cərimə tərtib edilib.

Bundan əlavə nəqliyyat vasitəsinin üzərində əlavə yazılar olub. Həmin yazılar barədə sürücü barəsində heç bir protokol tərtib edilməyib. Sadəcə olaraq DYP əməkdaşları tərəfindən həmin yazıların yerində sökülməsi tələb edilib. Sürücülərdən xahiş olunur ki, tərtib edilən protokollar barədə irad bildirərkən düzgün və kontekstdən çıxarılmamış məlumatlar qeyd etsinlər. Bütün şikayətlər tərəfimizdən araşdırılır və DYP əməkdaşları heç bir sürücüyə əsassız protokol tərtib etmir. Araşdırma zamanı DYP əməkdaşının əsassız protokol tərtib etdiyi aşkarlanarsa, onlar barəsində də zəruri tədbirlər görülür”.

15:16

Sürücü ona yazılan protokoldan narazılıq edir.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Belə ki, cərimə olunan Ruslan Qasımov özü bu barədə məlumatı ictimailəşdirib:

“Paytaxtın Sabunçu rayonu ərazisindəki keçidin yanıdır. Avtomobilin ön şüşəsinin üzərində yazı qeyd edilib. DYP əməkdaşları onun sökülməsi ilə bağlı saxlayıb, lakin tərtib edilən protokol tam fərqli maddə üzrədir”.

Qeyd edək ki, sürücüyə İnzibati Xətalar Məcəlləsinin 324.7-ci ( Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə) maddəsi ilə protokol tərtib edilib.

Bu maddənin tələblərini pozan şəxslər 60 manat məbləğində cərimə edilir.



Вернуться назад