Главная > Cəmiyyət > Yaxınları şəhidin 20 yaşını qeyd etdi

Yaxınları şəhidin 20 yaşını qeyd etdi


24-07-2020, 15:07. Разместил: azadses
Bu gün şəhid Ramin Şövkət oğlu Abdulrəhmanovun doğum günüdür.
Azad Səs-in məlumatına görə, 2019-cu il sentyabr ayının 22-də düşmənlə təmas xəttində azaraq düşmən tərəfə keçərkən şəhid olan Ramin Abdulrəhmanovun meyiti neytral zonada qalıb və Qırmızı Xaçın köməyilə şəhidin nəşi Azərbaycana qaytarılıb.
Qubanın Qırmızı qəsəbə yaşayış məntəqəsinə - ata evinə gətirilən Raminin cənazəsi 2019-cu il sentyabr ayının 24-də Quba şəhər qəbristanlığında dəfn edilib.
Ailə üzvlərinin sözlərinə görə, Ramin Abdulrəhmanov 2019-cu ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsindən həqiqi hərbi xidmətə çağrılmışdı.
Ailənin 2-ci övladı olan Ramin Abdulrəhmanovun bu gün 20 yaşı tamam olur. Ailə üzvləri, yaxınları şəhidin məzarına ziyarət ediblər.

Вернуться назад