Главная > Cəmiyyət / Manset > Nazir: “Azərbaycan Aİ-nin postmünaqişə dövründə bərpa işlərinə kömək səylərini yüksək qiymətləndirir”
Nazir: “Azərbaycan Aİ-nin postmünaqişə dövründə bərpa işlərinə kömək səylərini yüksək qiymətləndirir”19-07-2022, 22:19. Разместил: admin |
“Azərbaycan Avropa İttifaqının (Aİ) postmünaqişə dövründə bərpaetmə işlərinə kömək etmək səylərini yüksək qiymətləndirir”. “Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasının yekunlarına dair mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu gün Aİ şirkətləri işğaldan azad edilmiş ərazilərdə müxtəlif layihələrdə iştirak edir. “Biz, həmçinin humanitar minatəmizləmə sahəsində köməyə, o cümlədən son dörd milyon avroluq yardım paketinə görə Aİ-yə minnətdarıq. Minatəmizləmə səylərini dəstəkləmək üçün bütün müvafiq vasitələri səfərbər edəcəyik”, - XİN rəhbəri bildirib. Вернуться назад |