Главная > Cəmiyyət > Nazir rəisi təqaüdə göndərdi
Nazir rəisi təqaüdə göndərdi18-07-2022, 20:20. Разместил: admin |
Qobustan Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib. “Qafqazinfo”nun məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, şöbə rəisi, polis polkovniki Etibar Babayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Qeyd edək ki, E.Babayev 2016-cı ildə sabiq daxili işlər naziri Ramil Usubovun əmri ilə bu vəzifəyə təyinat almışdı. O, daha əvvəl Qəbələ ŞPİ-nin rəis müavini olub. Onun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qohumu olduğu deyilir. Вернуться назад |