Главная > Cəmiyyət / Manset > Milli Qəhrəman Polad Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib - FOTO

Milli Qəhrəman Polad Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib - FOTO


14-07-2022, 22:29. Разместил: admin
“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.

Oxu.Az xəbər verir ki, 7 turdan ibarət turnirdə “İrəli” İctimai Birliyinin, “Ağ At” Şahmat Klubunun nümayəndələri, media təmsilçiləri, habelə 100-ə yaxın gənc iştirak edib.

Turnirin açılış mərasimində çıxış edən “Ağ At” Şahmat Klubunun direktoru, beynəlxalq dərəcəli hakim, Əməkdar məşqçi Ülkər Umudova bildirib ki, hazırda şahmat idman növü gənclərin ən çox marağında olduğu idman növlərindən biridir. Gənclərin hərtərəfli inkişafı istiqamətində keçirilən tədbirlərdə tərəfdaş kimi iştirakdan məmnunluğunu ifadə edən Ülkər Umudova turnir iştirakçılarına uğurlar arzu edib.

“İrəli” İctimai Birliyinin Layihələrlə iş üzrə katibi Raziyə Dadaşzadə çıxışı zamanı diqqətə çatdırıb ki, təşkilat tərəfindən gənclərin intellektual bacarıqlarının möhkəmlənməsi istiqamətində bir sıra layihə və tədbirlər həyata keçirilir. General-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş şahmat turniri də bu tədbirlər sırasındadır.

Həmçinin qeyd olunub ki, Tovuz döyüşləri 44 günlük Vətən müharibəsinin başlanğıcı kimi xalqımızın yaddaşında silinməz izlər qoyub. İki il bundan öncə baş vermiş Tovuz hadisələrinin ordumuzun gücü, xalqımızın birlik və həmrəyliyinin bariz nümunəsi olduğu vurğulanıb.

Qeyd edək ki, həyata keçirilən turnir olimpiya sisteminə uyğun olaraq təşkil olunub. Turnirdə Amin Qurbanov birinci, Səyyad Əhədli ikinci, Şahin Hacıyev isə üçüncü yerin qalibi olub.




Вернуться назад