Главная > Cəmiyyət / Manset > “Qazilərimiz qızıl fondumuzdur”
“Qazilərimiz qızıl fondumuzdur”14-07-2022, 18:43. Разместил: admin |
“44 günlük Vətən müharibəsində iştirak edərək qəhrəmanlıq tarixi yazan qazilərimiz bizim qürur mənbəyimizdir, canlı və şanlı tariximizdir”. “Qafqazinfo” xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev müəllif yazısında qeyd edib. Sözügedən yazını təqdim edirik: “Ali Baş Komandan İlham Əliyevin yetişdirdiyi bu gənc igid və mərd nəsil sayəsində Ermənistanın təcavüzündən xilas olmuşuq, Zəfər sevincini yaşamışıq, alnıaçıq, iftixarla gəzirik. Buna görə şəhidlərimizə və qazilərimizə borcluyuq. Dövlətimiz Birinci və İkinci Qarabağ müharibəsində iştirakından asılı olmayaraq bütün qazilərə eyni doğma münasibət göstərir, eyni zamanda, faşizmə qarşı döyüşmüş Böyük Vətən müharibəsi veteranlarına da eyni qayğı nümayiş etdirir. 90-cı illərin əvvəllərində o vaxtkı hakimiyyətin soyuq münasibəti ilə üzləşən, unudulmaq təhlükəsi ilə üz-üzə qalan Böyük Vətən müharibəsi iştirakçılarına Ulu öndər Heydər Əliyev arxa-dayaq oldu, bu gün Prezident İlham Əliyev, Mehriban xanım Əliyeva bütün veteranların, qazilərin, şəhid ailələrinin ən doğması, əzizidir. Hamı Prezidentin bu nümunəvi davranışından, onlara məhəbbət və ehtiramından dərs götürməlidir. Dövlət məmuru və vətəndaş olaraq hər birimizin ən ümdə vəzifələrindən biri qazilərlə maraqlanmaqdır. Qazilərimiz vüqarlıdır, polad kimi möhkəmdir, əyilməzdir. Heç kim onları əyilməyə məcbur edə bilməz. Qazilərdən qaçmaq yox, qazilərə tərəf qaçmaq lazımdır. Qazilərə ögey münasibət Dövlətə ögey münasibətdir. Qazilərə soyuq münasibət Dövlətə, Dövlət başçısına xəyanətdir. Azərbaycan hökumətinin qazi və veteranlarımıza dəstəyini, diqqətini qəsdən gözdən salmağa, sosial şəbəkələrdə təhrikedici şüarlarla aranı qızışdırmağa da heç kimin mənəvi haqqı yoxdur. Qazilərimizin sevinci sevincimiz, kədəri kədərimizdir. Onlardan birininin həyatını itirməsi bizim üçün ağır üzüntüdür. Bəzən bizim özümüzün biganəliyimiz, laqeydliyimiz, onların incik düşməsinə və bağışlanmaz səhvlərə yol aça bilər. Qazilərimiz necə Vətən və Dövlət üçün, bizim firavan yaşayışımız üçün üzərlərinə düşən vəzifəni yerinə yetirib, Vətəndaşlıq Borclarından çıxıblarsa, biz də onlara olan Borcumuzu ödəməiyik. Gəlin bu insanlıq, Vətəndaşlıq Borcunu Şərəf və Vicdanla yerinə yetirək! Вернуться назад |