Главная > Cəmiyyət / Manset > “Yenidən qapanmalar iqtisadiyyata ciddi zərər vuracaq” - Ekspertdən HƏYƏCAN TƏBİLİ
“Yenidən qapanmalar iqtisadiyyata ciddi zərər vuracaq” - Ekspertdən HƏYƏCAN TƏBİLİ9-07-2022, 16:09. Разместил: admin |
“Yenidən qapanmaların olması ciddi iqtisadi zərərlə müşahidə ediləcək. Ən çox zərər görənlər isə günəmuzd işləyənlər və sahibkarlar (mikro və kiçik) olacaq”. Bizim.Media məlumatına görə, bu fikirlər iqtisadçı-ekspert Eldəniz Əmirova məxsusdur. Ekspertin sözlərinə görə, bu vəziyyəti fürsətə çevirib qazananlar da olacaq: “Amma bu iqtisadi aktiv əhalinin heç mində biri qədər deyil. Qapanma qərarının Avropada verilməsinə baxmayaraq, dünyada neft-qaz qiymətlərinə də təsir edir. Nəticədə ölkəyə valyuta daxilolmaları kəskin azalacaq. Əhalinin qapanmadan təsirlənən hissəsinə, o cümlədən dəstəyə ehtiyac duyan sahibkarlara maddi dəstəyin göstərilməsi üçün isə maliyyə vəsaiti lazım olacaq. Başqa vaxt olsaydı, “qapanmalar tələbi aşağı salacaq, nəticədə inflyasiyanın sürəti azalacaq” deyərdim. Amma qapanma səbəbindən istehsal-logistika zəncirində qırılmaların olması təklifi də kəskin azaldacaq. Buna görə də təklif tələbdən daha çox azalacaq. Demək ki, qapanmaların inflyasiyaya da təsiri çox pis olacaq. Bu il iqtisadiyyatın “gül-çiçək açdığı” 2019-cu il deyil. İndi dünyanın ərzaq qıtlığı və digər ciddi iqtisadi şoklar yaşadığı 2022-ci ildir. Odur ki, “qapanma” qərarından birmənalı şəkildə uzaq durmaq lazımdır. Hətta “qapanma”nın anonsunu verib, iqtisadi aktivliyə təhdidlər yaratmaq belə yanlış addımdır”. Вернуться назад |