Главная > Cəmiyyət / Manset > Azərbaycanda bəzi perspektiv qızıl filiz yataqları ilə bağlı qanun TƏSDİQLƏNDİ
Azərbaycanda bəzi perspektiv qızıl filiz yataqları ilə bağlı qanun TƏSDİQLƏNDİ5-07-2022, 19:38. Разместил: admin |
Prezident İlham Əliyev “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Bununla bağlı Prezident.az məlumat yayıb. Sazişin müvafiq şərtlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında 2022-ci il iyunun 20-də Bakı şəhərində “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” imzalanıb. Вернуться назад |