Главная > Cəmiyyət / Manset > Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanı ziyarət edib
Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanı ziyarət edib5-07-2022, 15:41. Разместил: admin |
Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Komitə sədri Fuad Muradov və əməkdaşları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Dövlət Komitəsinin əməkdaşları və Bakıda səfərdə olan diaspor fəalları ulu öndərin məzarını ziyarət edib, əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub. Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürülüb. 5 iyul 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzalayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb. Вернуться назад |