Главная > Cəmiyyət / Manset > Gəncədə bank hesabından pul oğurlayan şəxs saxlanılıb
Gəncədə bank hesabından pul oğurlayan şəxs saxlanılıb2-07-2022, 13:19. Разместил: admin |
Gəncə şəhər sakinin bank hesabından pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. “Report” xəbər verir ki, Gəncə şəhər sakini, Ə.Rəcəbov Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, onun bank hesabından 369 manat oğurlanıb. Polis əməkdaşıarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, C.Əsgərov saxlanılıb. Qeyd edək ki, C.Əsgərov keçmiş məhkum olub. Faktla bağlı araşdırmalara başlanılıb. Вернуться назад |