Главная > Cəmiyyət / Manset > Deputatdan ironiya: “Afrikada nazir olsaydılar, istiyə görə tədrisi qadağan edərdilər”
Deputatdan ironiya: “Afrikada nazir olsaydılar, istiyə görə tədrisi qadağan edərdilər”22-06-2022, 14:44. Разместил: admin |
“İnflyasiya 12,5 faiz nəzərdə tutulsa da, bazarlarda qiymətlər hər gün bahalaşır”. Bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib. O bildirib ki, sahibkarlığa şərait yaradılmalıdır. “Rəsmi olaraq sahibkarlıq sahəsində yoxlamalar aradan qaldırılıb. Amma qeyri-rəsmi olaraq yoxlamalar aparılır”, - deyə o əlavə edib. Millət vəkili qeyd edib ki, monopoliya aradan qaldırılmalıdır. Deputat dərslərin sentyabrın 1-də başlamasını da təklif edib. “Belə arqument gətirirlər ki, isti olduğuna görə dərslər sentyabrın 15-də başlayır. Afrikada nazir olsaydılar, onda isti olduğuna görə tədrisi qadağan edərdilər ki!” - deyə Fazil Mustafa bildirib. Millət vəkili müəllimlərin ən yüksək maaşa layiq olduqlarını da vurğulayıb. Вернуться назад |