Главная > Cəmiyyət > Hikmət Hacıyev Qarabağa səfər etmiş əcnəbi səyyahlarla görüşdü

Hikmət Hacıyev Qarabağa səfər etmiş əcnəbi səyyahlarla görüşdü


19-06-2022, 23:34. Разместил: admin
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əcnəbi səyyahlarla görüşüb.

Bu haqda Hikmət Hacıyev tviter hesabında paylaşım edib.

““Ən çox səyahət edən insanlar” klubunun üzvləri ilə görüşdən, salamlamaqdan məmnunam. Səyyahlar Kəlbəcərdən Şuşaya qədər işğaldan azad edilmiş ərazilərdə olublar, Ermənistanın vandalizminin miqyasının və işğalının dağıntılarının şahidi olublar. Onlar həm də Azərbaycanın yenidənqurma və şəhərsalma sürətinə heyran olublar”, - Hikmət Hacıyev qeyd edib.
Вернуться назад