Главная > Cəmiyyət > Sahibə Qafarova Türkiyəyə gedir

Sahibə Qafarova Türkiyəyə gedir


18-06-2022, 19:21. Разместил: admin
İyunun 19-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

Bu barədə Oxu.Az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir Parlamentlərarası İttifaqın və Türkiyə Böyük Millət Məclisinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Milli Məclisin sədri konfransda çıxış edəcək.

Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər iştirak edəcəklər.
Вернуться назад