Главная > Cəmiyyət / Manset > Xarici səyyahlar Füzuli, Ağdam və Xocavəndə səfər ediblər - YENİLƏNİB + FOTO/VİDEO
Xarici səyyahlar Füzuli, Ağdam və Xocavəndə səfər ediblər - YENİLƏNİB + FOTO/VİDEO16-06-2022, 22:21. Разместил: admin |
Bir sıra ölkələrin səyahətçiləri Füzuli, Ağdam və Xocavəndə səfər edib. "Report" xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb. “10-dan çox ölkədən olan səyahətçilər "MTP - Most Traveled People" beynəlxalq səyahət klubunun təşkilatçılığı ilə Füzuli, Ağdam və Xocavənd rayonlarına səfər edib. Buradakı dini və tarixi abidələr, dağıdılmış şəhər və kəndlər, aparılan yenidənqurma işləri ilə tanış olublar”, - E.Hüseynov əlavə edib. 20:26 On ölkədən olan səyahətçi və blogerlər Ağdama səfər ediblər. “Report” xəbər verir ki, üç gün ərzində Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan 24 nəfərlik qrup Azıx mağarasında, Şuşada və Ağdamda olublar. Onlar Qarabağ xanının iqamətgahına baş çəkib, burada onlara abidənin tarixi barədə məlumat verilib. Qrup üzvləri ermənilərin törətdiyi dağıntıları, o cümlədən Xurşidbanu Natəvanın dağıdılmış məzarını öz gözləri ilə görüblər. Səyahətçilər Ağdamdakı Cümə məscidini də ziyarət ediblər. 14:17 Xarici səyyahlar Şuşa şəhərinə səfər edib Bir qrup xarici səyyah və bloqer Şuşa şəhərində olub. “Report” xəbər verir ki, onlar Azərbaycanın görkəmli nümayəndələri olan Natəvan, Bülbül və Üzeyir Hacıbəyovun gülləbaran edilmiş heykəllərinin yerləşdiyi şəhərin mərkəzi meydanında olublar. Daha sonra onlar Xurşidbanu Natəvanın evinə, həmçinin Şuşa Qala divarlarına və Cıdır Düzünə baş çəkiblər. Səyyahlara şəhərin tarixi haqqında məlumat verilib. Onlar işğal altında olarkən Şuşada törədilmiş dağıntıları gözləri ilə görüb, aparılan bərpa işlərinin gedişi ilə tanış olublar. Вернуться назад |