Главная > Cəmiyyət > Bakıda koronavirusa qarşı mübarizə aparan həkim reanimasiyaya düşdü

Bakıda koronavirusa qarşı mübarizə aparan həkim reanimasiyaya düşdü


9-07-2020, 12:25. Разместил: azadses
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev koronavirusa yoluxub.
Azad Səs-in məlumatına görə, Cavid Paşayev hazırda reanimasiya şöbəsindədir. Bildirilir ki, virus 3 gün ərzində onun bədənində inkişaf edib və Paşayevin ciyərinin əksəriyyəti zədələnib.
C.Paşayevin vəziyyətinin ağır olduğu bildirilir.
Məlumatda o da bildirilir ki, Cavid Paşayev koronavirus yayılmağa başlayan günlərdən onunla mübarizəyə qatılan ilk həkimlərdən olub. Onun 100-lərlə xəstənin sağalmasında rolu olub, həmişə insanları virusdan qorunmağa çağırıb.

Вернуться назад