Главная > Cəmiyyət > 1993-cü ilin iyunun 15-dən bu günə: Deputat rəqəmlərlə izah verdi
1993-cü ilin iyunun 15-dən bu günə: Deputat rəqəmlərlə izah verdi15-06-2022, 17:52. Разместил: admin |
“Bu gün Milli Qurtuluş Günüdür. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında yeni bir dönüş yarandı. Müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında müşahidə edilən tənəzzül ötən əsrin 90-cı illərinin ortalarında aradan qaldırıldı və iqtisadiyyatın stabilləşməsinə baza formalaşdırıldı. Həmin dövrdə həyata keçirilməyə başlanan islahatlar uzunmüddətli dövrdə Azərbaycan iqtisadiyyatında inkişaf trayektoriyalarını müəyyənləşdirdi”. Oxu.Az-ın məlumatına əsasən, bunu deputat Vüqar Bayramov özünün “Facebook” hesabında yazıb. O bildirib ki, 1994-cü ildən tədricən stabilləşən iqtisadiyyat Ümumi Daxili Məhsulun məbləğinin illər üzrə artmasına səbəb oldu. Sənayenin ümumi daxili məhsulda xüsusi çəkisi 1993-cü ilə nisbətən 12,6 faiz bəndi artaraq 2002-ci ildə 37,4 faiz təşkil etdi. Ölkədə ümumi daxili məhsul istehsalı 1996-2002-ci illər ərzində 71 faiz artaraq 6,1 milyard manata çatdı. “MDB ilk dəfə olaraq həyata keçirilən torpaq islahatları və kiçik və orta sahibkarların dövlət tərəfindən dəstəklənməsi siyasəti özünü kənd təsərrüfatı istehsalında da göstərdi. Torpağın özəlləşdirilməsi sayəsində 857,6 min ailə öz torpaq paylarına sahib oldular. Orta hesabla bir ailəyə 1,6 hektar, cəmi isə 1375,5 min hektar torpaq sahəsi verildi. Torpaq payı almış ailələrdən 2589-u kəndli təsərrüfatı kimi rəsmi qeydiyyatdan keçdi. Həmin dövrdə kənd təsərrüfatı istehsalının genişləndirilməsi həm ərzaq təminatı, həm də ərzaq təhlükəsizliyi baxımdan vacib idi”, - deyə deputat əlavə edib. Millət vəkili qeyd edək ki, 1993-cü ildə 60 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdursa, 2002-ci ildə bu əlaqələrin coğrafiyası genişlənərək 128-ə yüksəldi, xarici ölkələrlə ticarət dövriyyəsi 1993-cü illə müqayisədə 2,8 dəfə artaraq 3,8 milyard ABŞ dollar oldu. “Bu illər ərzində Azərbaycanda xarici investisiyalı müəssisələrin sayı da kəskin surətdə artdı. Əgər 1996-cı ildə ölkədə fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin sayı 602-yə bərabər idisə, 2002-ci ildə bu rəqəm 3,5 dəfə artaraq 2104 olmuş, xarici şirkət və ya fiziki şəxslərin iştirakı ilə yaradılmış birgə müəssisələrin sayı isə 94,1 faiz artaraq 957-yə çatmışdır. Qısa müddət sonra, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqaviləsi imzalandı. Bu anlaşma Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin qorunub saxlanması xüsusi rola malik olmaqla uzunmüddətli dövrdə ölkənin valyuta ehtiyatlarının formalaşmasına töhfə verməkdədir. Həmin dövrdə formalaşdırılan enerji siyasəti bu müqavilə ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi. Nəticədə, enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geosiyasi faktora çevrildi. Ölkəmiz artıq regionun enerji təhlükəsizliyinə töhfə vermiş dövlətlərdən sayılır və bu Azərbaycanın müstəqil xarici siyasət imkanlarını möhkəmləndirdi”, - deyə Vüqar Bayramov fikrini yekunlaşdırıb. Вернуться назад |