Главная > Cəmiyyət / Manset > Prezident Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat ayırdı - SƏRƏNCAM

Prezident Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat ayırdı - SƏRƏNCAM


14-06-2022, 20:21. Разместил: admin
Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncamla Azərbaycan milli yığma komandasının 2022-ci il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat ayrılıb.
Вернуться назад