Главная > Cəmiyyət / Manset > Xərçəngin müalicəsi üçün yeni “hədəf” tapıldı
Xərçəngin müalicəsi üçün yeni “hədəf” tapıldı12-06-2022, 10:41. Разместил: admin |
Stress zülalı fibroblastlar adlanan şişi dəstəkləyən hüceyrələrdə əsas rol oynayır və gələcəkdə xərçəng müalicəsi üçün yaxşı “hədəf” ola bilər. Bu qənaətə ABŞ-ın Pensilvaniya Universitetinin Perelman Tibb Fakültəsinin tədqiqatçıları gəlib. “Nature Cell Biology” jurnalında nəşr olunan tədqiqatçılar mədəaltı vəzi xərçəngi və melanoma olan siçan modellərində aşkar ediblər ki, ATF4 kimi tanınan stress zülalı şişi dəstəkləyən qan damarlarının əmələ gəlməsinə təşviq edərək, fibroblastlara şiş böyüməsini dəstəkləməyə imkan verir. Tədqiqatçılar müəyyənləşdiriblər ki, fibroblastlarda ATF4-ün kənarlaşdırılması, siçanlara əhəmiyyətli zərər vermədən şişi dəstəkləyən yeni damar meydana gəlməsini və şiş böyüməsini ciddi şəkildə pozur. “Nəticələrimiz göstərir ki, ATF4 inhibitasiyası bir çox xərçəng növlərinə qarşı işləyə bilər və biz indi bu strategiya üzərində fəal şəkildə işləyirik. Tədqiq etdiyimiz hər bir şişdə ATF4 səviyyələrində artım var”, - deyə tədqiqatın baş müəllifi Konstantinos Kumenis bildirib. Вернуться назад |