Главная > Cəmiyyət / Manset > Pakistanın ölkəmizdəki səfiri: “Qardaş kimi birlikdə hərəkət edirik” - FOTO

Pakistanın ölkəmizdəki səfiri: “Qardaş kimi birlikdə hərəkət edirik” - FOTO


9-06-2022, 15:39. Разместил: admin
Bu gün Azərbaycanla Pakistan arasında diplomatik əlaqələrin yaranmasının 30-cu ildönümüdür. Bu münasibətlə Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye təbrik yazıb.


Diplomat bu günün, həqiqətən, tarixi olduğunu bildirib.

“Pakistan və Azərbaycan xalqını təbrik edirəm. Qardaş kimi birlikdə hərəkət edirik”, - deyə o, özünün “Twitter” hesabında yazıb.



Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyun ayının 9-da qurulub. Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb.
Вернуться назад