Главная > Cəmiyyət / Manset > “Duzlu göl”də çimmək qadağan edilib
“Duzlu göl”də çimmək qadağan edilib8-06-2022, 17:19. Разместил: admin |
“Bu yaxınlarda Suraxanıda, Hövsan-Zığ magistral yolunun kənarında yerləşən “Duzlu göl”də oldum. Orada hər hansı təmir işləri aparılmır”. Oxu.Az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib. O qeyd edib ki, əvvəlki illərdə olduğu kimi ora antisanitar vəziyyətdir: “Duzlu göl”ə yenə də çirkab suları axıdılır. Orada çimmək qadağan edilib. Həmin ərazinin kənarında Zığ bələdiyyəsi, icra nümayəndələri tərəfindən bərpa işləri aparılır”. Вернуться назад |