Главная > Cəmiyyət / Manset > Şəhriyar Məmmədyarovun bacısı direktor təyin olundu

Şəhriyar Məmmədyarovun bacısı direktor təyin olundu


7-06-2022, 17:15. Разместил: admin
Sumqayıt Olimpiya İdman Kompleksinin yeni direktoru müəyyənləşib.

“Report”un məlumatına görə, bu vəzifəyə Azərbaycanın məşhur şahmatçısı Zeynəb Məmmədyarova təyin edilib.

39 yaşlı qrossmeyster bu postda ehtiyatda olan general-mayor Natiq Əliyevi əvəzləyib. N.Əliyevin müavini olan Bəylər Mirzəyev isə Kürdəxanı Olimpiya Kompleksinin direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Z.Məmmədyarova Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun bacısıdır.
Вернуться назад