Главная > Cəmiyyət / Manset > İlham Əliyev Dövlət Agentliyinə bir milyon manat ayırdı

İlham Əliyev Dövlət Agentliyinə bir milyon manat ayırdı


7-06-2022, 16:27. Разместил: admin
Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin bir milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Вернуться назад