Главная > Cəmiyyət / Manset > “Reuters” agentliyi Şuşadan reportaj hazırlayıb - FOTO

“Reuters” agentliyi Şuşadan reportaj hazırlayıb - FOTO


7-06-2022, 13:22. Разместил: admin
“Şuşa ərazisini meşəli təpələri və yumşaq iqlimindən dolayı bir zamanlar “Azərbaycanın İsveçrəsi” adlandırırdılar”.

Bu fikirlər dünyanın ən nüfuzlu informasiya agentliklərindən biri olan “Reuters”in Şuşa şəhəri barədə məqaləsində yazılıb.

Yazıda qeyd olunur ki, ilyarım öncə Azərbaycan ordusunun işğaldan azad etdiyi Şuşada, 1992-ci ildə 15 min azərbaycanlı əhali ermənilər tərəfindən öz doğma yurd-yuvalarından qovulub və şəhər zəbt edilib.

Məqalədə qeyd olunur ki, hazırda Azərbaycan dövləti şəhərin sürətlə dirçəltməklə məşğuldur:

“Yerli icra hakimiyyətinin, polis idarəsinin və baş poçt idarəsinin binası bərpa edilib, Yuxarı Gövhər Ağa məscidinin və Qazançı erməni pravoslav kilsəsinin ətrafında taxtabəndlər qurulub. Üç hotelin tikintisi Azərbaycan hökumətinə hər il keçirilən Bakı Enerji Həftəsi konfransı üçün Şuşanı seçməyə və BƏƏ-nin “Masdar” firmasının Azərbaycan üçün birlikdə elektrik enerjisi istehsal edəcək günəş və külək elektrik stansiyaları tikəcəyini elan etməyə imkan verib”.

Yazıda həmçinin qeyd olunur ki, hazırda Şuşa şəhərində üç supermarket fəaliyyət göstərir, həftədə beş avtobus reysi Şuşa ilə Azərbaycanın paytaxtı Bakını birləşdirərək yerli turistləri və işçiləri buraya gətirir.


Вернуться назад