Главная > Cəmiyyət / Manset > Cahid Bağçı Hafiz Paşayevlə yeni birgə layihələrlə bağlı razılığa gəlib - FOTO

Cahid Bağçı Hafiz Paşayevlə yeni birgə layihələrlə bağlı razılığa gəlib - FOTO


4-06-2022, 18:47. Разместил: admin
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı ADA Universitetinin rektoru, professor Hafiz Paşayevlə yeni birgə layihələrlə bağlı razılığa gəlib.

Oxu.Az-ın məlumatına görə, bu barədə diplomat özünün “Twitter” hesabında bildirib.

O, əvvəlcə ADA Universitetinin 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinə ev sahibliyi etməsinə görə ali təhsil müəssisəsinin rektoru Hafiz Paşayevə təşəkkürünü bildirib.

“Şuşa meydanında Pənah Xan sarayının qarşısında Xan qızı Natəvanın hüzurunda yeni birgə layihələrlə bağlı razılığa gəldik”, - deyə Bağçı vurğulayıb.


Вернуться назад