Главная > Cəmiyyət / Manset > Ağdamda iki tondan çox çətənə kolu aşkarlandı - FOTO

Ağdamda iki tondan çox çətənə kolu aşkarlandı - FOTO


3-06-2022, 11:18. Разместил: admin
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, rayonun işğaldan azad edilmiş Qərvənd və Baş Qərvənd kəndlərinin ərazisində yabanı halda bitmiş, çəkisi iki tondan artıq olan 2 982 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.



Вернуться назад