Главная > Cəmiyyət / Manset > Zəyəmçay su anbarının yaradılmasına başlanılıb

Zəyəmçay su anbarının yaradılmasına başlanılıb


2-06-2022, 13:52. Разместил: admin
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zəyəmçay su anbarının yaradılması istiqamətində işlərə başlayıb.

“Report” xəbər verir ki, hazırda bu məqsədlə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanır.

Yeni su anbarı Prezident İlham Əliyevin imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 iyul 2020-ci il tarixli sərəncamı əsasında yaradılır.

Həmin sərəncamda əlavə olaraq Əlicançay, Qudiyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə və Viləşçay su anbarlarının yaradılması nəzərdə tutulub.
Вернуться назад