Главная > Cəmiyyət / Manset > Komissiya vətəndaşın sosial müavinət üçün müraciətinə imtina verdi :”Keçi tövlədə yoxdur”

Komissiya vətəndaşın sosial müavinət üçün müraciətinə imtina verdi :”Keçi tövlədə yoxdur”


1-06-2022, 22:56. Разместил: azadses
Quba rayon Gəray kənd sakini Hacıyev Sadiq Qazi oğlu uzun müddətdir ki sosial müavinətlə bağlı ƏƏSMN-nə müraciətlər edir. Ailə vəziyyəti olduqca ağır olan vətəndaşın ailəsində azyaşlı övladları böyüyür. Hətta yataq xəstəsi olan atasına belə təkbaşına baxmaq məcburiyyətindədir. Vətəndaş iddia edir ki, artıq neçənci dəfədir ki, komissiya təşkil olunur. Onlarda vəziyyətə baxış keçirilir, heç bir səbəb olmadığı halda yenə də imtina gəlir.
AzTimes.az xəbər verir ki, təxminən bir həftə öncə qurum yenə iki nəfər- Oruc və Əziz adlı gənc əməkdaşlar Sadiq Haciyevin evində olublar. Bu dəfə də sənədlərdə heç bir çatışmazlıq tapmayan əməkdaşlar doqquz ay öncə ailənin keçisi olduğunu, indi isə həmin keçinin tövlədə olmadığını səbəb göstərərək imtina veriblər. Hörmətli ƏƏSMN ,ola bilməzmi ki, vətəndaşın haqqına bu qədər müddətcə gördüyünüz üçün acından olməsinoər deyə kəsib və ya satıb yeyiblər.
Вернуться назад