Главная > Cəmiyyət > Bakıda klassik avtomobillərin yürüşü zamanı müsabiqələr KEÇİRİLƏCƏK

Bakıda klassik avtomobillərin yürüşü zamanı müsabiqələr KEÇİRİLƏCƏK


27-05-2022, 20:21. Разместил: admin
Azərbaycan Avtomobil Federasiyası (AAF) Bakı Şəhər İcra Hakimiyyətinin və Regional İnkişaf İctimai Birliyinin təşkilati dəstəyi ilə mayın 29-da klassik avtomobillərin yürüşünü keçirəcək.

Bu barədə AAF-dan məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş edəcəklər.

Yürüşdə iştirakçılar və tamaçılar arasında müsabiqələr keçiriləcək və qaliblər AAF tərəfindən mükafatlandırılacaq. İştirakçılar və tamaşaçılar arasında qaliblər “Ən unikal avtomobil”, “Ən nizamlı sürücü”, “Ən rəngarəng retro geyim” və digər nominasiyalar üzrə müəyyənləşəcək.

Qeyd edək ki, öncədən qeydiyyatdan keçən avtomobil və sahibləri mayın 29-u saat 13:00-da Heydər Əliyev Mərkəzinin qarşısında olacaq.
Вернуться назад