Главная > Cəmiyyət > Sabah qar yağacaq, şaxta olacaq

Sabah qar yağacaq, şaxta olacaq


15-11-2019, 12:14. Разместил: azadses
Bəzi yerlərdə isə yağış daha intensiv olacaq
Azərbaycanda şənbə günü gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 16-da bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 11-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti təşkil edəcək.
Sabah Azərbaycanın qərb rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi şimal və şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək. 




Вернуться назад