Главная > Cəmiyyət / Manset > Abel Məhərrəmovun keçmiş gəlini səfir oğlundan 46 min tələb edir

Abel Məhərrəmovun keçmiş gəlini səfir oğlundan 46 min tələb edir


23-05-2022, 20:22. Разместил: admin
Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmovun keçmiş həyat yoldaşı Mehriban Eyyubova ondan 50 min manata yaxın pul tələb edir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, M.Eyyubova məsələ ilə bağlı Yasamal Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayətdə qeyd olunub ki, ailə birgə nikah dövründə dəyəri 92 800 manat olan mənzil alıb. Eyyubova həmin mənzilin dəyərinin tam yarısının (46 400 AZN) Anar Məhərrəmovdan tutulub ona ödənilməsini istəyir.

İddiaya Bakı Apellyasiya Məhkəməsində hakim Şərafət Məmmədovanın sədrliyi ilə baxılır.

Qeyd edək ki, Anar Məhərrəmov və Mehriban Məhərrəmova rəsmi olaraq ötən il boşanıblar. Yasamal Rayon Məhkəməsi birgə nikah dövründə alınmış bir sıra əmlak və əldə edilmiş gəlirin yarısının, eləcə də üç azyaşlı uşağın ananın himayəsinə verilməsi barədə qətnamə çıxarıb. Lakin sözügedən 92 800 manatlıq mənzillə bağlı iddia rədd edilib.
Вернуться назад